291 mindən çox suriyalı öz ölkəsinə qayıdıb

“Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatlarından sonra ölkəsinə qayıdan suriyalıların sayı 291 min 790 nəfərdir”.

“Hurriyet”ə istinadən verilən  xəbərə görə, bu barədə Türkiyə Daxili işlər naziri Süleyman Soylu bildirib.

Xatırladaq ki, Türkiyə və Azad Suriya ordusu 2016-cı ildə İŞİD-ə qarşı “Fərat Qalxanı”, 2018-ci ildə isə PKK-YPG-yə qarşı “Zeytun Budağı” əməliyyatlarını birlikdə həyata keçirib.