“28 May”da 1 nəfər qatarın altına düşdü - Yenilənir

Bakı metrosunda dəhşətli hadisə baş verib.

Rakurs.tv xəbər verir ki, bir neçə dəqiqə əvvəl metronun “28 May” stansiyasında bir nəfər qatarın altında qalıb.

Hadisəni təsdiqləyən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hələ ki, həmin şəxsin kimliyinin müəyyən olunmadığını bildirib.

Qeyd edək ki, hadisəyə görə qatarların intervalında ləngimə yaranıb.