22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün media və ictimaiyyət nümayəndələri  22 İyul -  Milli Mətbuat Gününü  mərhum jurnalist Elmar Hüseynovun məzarı başında qeyd ediblər.

22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 

Bu gün, görkəmli ziyalı, Azərbaycan dilində ilk mətbu orqanın - "Əkinçi" qəzetinin əsasını qoymuş Həsən bəy Zərdabinin adı ilə bağlıdır.

"Əkinçi" qəzeti 1875-ci ildə fəaliyyətə başlayıb. Əsasən maarifçilik missiyası daşıyan bu qəzetin cəmi 56 sayı işıq üzü görüb. Maliyyə problemləri ilə üzləşən qəzet iki il sonra fəaliyyətini dayandırmağa məcbur olub. "Əkinçi" qəzetinin nəşrə başladığı gündən artıq 142 il keçir.