1900 manata alınan əlil arabası gömrükdə 190 manata rəsmiləşdirilir?

1900 manata alınan əlil arabası gömrükdə 190 manata rəsmiləşdirilir?

Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir

Dekabrın 21-də “Kəmər-Qaya” MMC (VÖEN 6100261791) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin min ədəd əlil arabasının alınmasına dair keçirdiyi tenderin qalibi elan edilib.

“Turan” İnformasiya Agentliyi bu barədə məlumat yayıb. Bildirilir ki, müsabiqə qalibinin tender təklifinin dəyəri Çindən gətiriləcək əlil arabası Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur:

“Bu şirkətin tender təklifinin dəyəri 1,9 mln. manatdan çox, yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir”.

Eyni zamanda, cari ilin 10 ayında Azərbaycanın xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədəd əlil arabası aldığını qeyd olunub.

Agentlik yazır ki, hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi - 986 ədədi Çindən tədarük edilib. Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir. Bu müddətdə Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18%).

Xəbərdə bildirilir ki, ilin 10 ayında xaricdən orta qiyməti 343,8 dollar olan 1 657 ədəd mexaniki əlil arabası alınıb.

Facebook