18 ali tibb ixtisası üzrə imtahan keçiriləcək

18 ali tibb ixtisası üzrə imtahan keçiriləcək

Sertifikasiya Komissiyasının daha bir yeniliyi şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlardakı dəyişikliklə əlaqədardır

Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisası üzrə imtahanların keçirilməsi üçün hazırlıq gedir.

Səhiyyə Nazirliyinin 2 iyul 2021-ci il protokoluna əsaslanaraq, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.

Sertifikasiya Komissiyasının daha bir yeniliyi şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlardakı dəyişikliklə əlaqədardır.

Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissəsi çalışdığı cihaz üzrə, digər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.

Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Nazirlər Kabinetinin müvafiq qərarında edilən dəyişikliyə görə rezidentura səviyyəsi üzrə 18 yeni ali tibb ixtisası əlavə olunub. Həmin ixtisaslar bunlardır.

  1. Ailə təbabəti
  2. Nüvə təbabəti
  3. Endodontiya
  4. Parodontologiya
  5. Restorativ stomatologiya
  6. Ortopedik stomatologiya
  7. Uşaq stomatologiyası
  8. Ortodontiya
  9. Uşaq və yeniyetmə psixiatriyası
  10. Neonatologiya
  11. Uşaq endokrinologiyası
  12. Uşaq kardiologiyası
  13. Uşaq nefrologiyası
  14. Uşaq nevrologiyası
  15. Uşaq qastroenterologiyası
  16. Uşaq urologiyası
  17. Uşaq yoluxucu xəstəliklər
  18. Uşaq ürək-damar cərrahiyyəsi

Facebook