16 partiya maliyyə hesabatı verib

Azərbaycanda rəsmi dövlət qeydiyyatında olan 55 siyasi partiyadan 16-sı 2018-ci il üzrə hesabat verib.
 
Bunlar Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyasıdır.
 
Siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Bu, "Siyasi partiyalar haqqında” qanunun tələbidir. MSK hesabatları internet saytında yerləşdirib ictimaiyyəti məlumatlandırmağa borcludur.
 
Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri, 7 milyon 429,9 min manat xərci olub.
 
Vətəndaş Həmrəyliyi Partiyasının gəliri 135,7 min manat, xərci 125,7 min manat;
 
Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat, xərci 118,1 manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat, xərci 116,7 min manat; Sosial Demokrat Partiyasının gəliri 117,8 min manat, xərci 117,7 min manat; Milli Dirçəliş Hərəkatı Partiyasının gəliri 117,8 min manat, xərci 115,8 min manat göstərilir.
 
Digər partiyaların hesabatlarında hər hansı gəlir-çıxar olmadığı bəyan edilib.
 
Novator.az