10 mart mitinqinə görə həbs edilən təşkilatçılar - Siyahı

Hakimiyyət müxalifətin 10 mart mitinqinə mane olmaq üçün də təşkilatçılara kütləvi təzyiq göstərib, onlardan bir neçə nəfərini həbs edib. Bu barədə AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında da bildirdi. Məlumata görə, 100 nəfərdən artıq AXCP funksioneri mitinq ərəfəsi polisə çağırılaraq hədələnib, təzyiqə məruz qalıb. Müsavat partiyasının da onlarla fəalı eyni vəziyyətlə qarşılaşıb. 6 nəfər AXCP funksioneri isə fəal təşkilatçı olduqlarından saxta ittihamlarla müxtəlif müddətlərə inzibati həbsə məhkum ediliblər. Onların siyahısını təqdim edirik:

1) Aqil Məhərrəmli – AXCP Rəyasət Heyətinin üzvü, 15 sutka

2) Tahir Ağayev – AXCP Xətai şöbəsi, 15 sutka

3) Faiq Nağıyev – AXCP Xətai rayon şöbəsi sədrinin müavini, 20 sutka

4) Bəşir Tarverdiyev – AXCP Binəqədi şöbəsi, 20 sutka

5) Yalçın Abdullayev – AXCP Binəqədi şöbəsi sədrinin müavini, 15 sutka

6) Hikmət Əliyev – AXCP Binəqədi şöbəsi, 15 sutka

Azadliq.info